525.Az

“Pakistan azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək göstərməyə hazırdır”


 

“Pakistan azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək göstərməyə hazırdır”<b style="color:red"></b>

“Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”.

525.az-ın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində paylaşıb.

Səfir əlavə edib ki, Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib. O, Güclü Pakistan-Azərbaycan dostluğuna diqqət çəkərək, bundan qurur duyduğunu ifadə edib.

 





11.12.2020    çap et  çap et