525.Az

“Aparılan məhkəmə-hüquq islahatları bu sahədə xeyli keyfiyyət dəyişikliyi yaradıb”


 

“Aparılan məhkəmə-hüquq islahatları bu sahədə xeyli keyfiyyət dəyişikliyi yaradıb” <b style="color:red"></b>

NATİQ ABDULLAYEV: “VƏTƏNDAŞ CƏMİYYƏTİNİN QURULMASI ÜÇÜN HÜQUQİ İSLAHATLARIN DÜZGÜN İSTİQAMƏTDƏ APARILMASI İNKİŞAF ETDİRİLMƏSİ ZƏRURİ ƏHƏMİYYƏT DAŞIYIR 

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti tərəfindən hüquqi dövlət quruculuğunun vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulan bu prinsiplər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç şübhə yox ki, vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi, eləcə hüquqi dövlət quruculuğunda hüquqi islahatların əhəmiyyətli rolu var. “Hüquqi İslahatlara Yardım Mərkəziİctimai Birliyinin sədri Natiq Abdullayevlə söhbətimizi bu istiqamətdə qurduq.

Ölkədə aparılan hüquqi islahatlarla bağlı hansı fəaliyyətiniz var? 

Təşkilatımız qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün aşağıdakı istiqamətlərdə daha ardıcıl məqsədyönlü işlər aparır. Hüquqi islahatlarda, idarəçilikdə innovasiyaların tətbiqi, innovasiya layihələrinin hazırlanması həyata keçirilməsinin dəstəklənməsi; innovasion cəmiyyətin formalaşmasının hüquqi əsaslarının yaradılması möhkəmləndirilməsi; məhkəmə-hüquq islahatları çərçivəsində vətəndaş cəmiyyətinin inkişafının mühüm amillərindən biri olaraq mübahisələrin məhkəmədən kənar alternativ vasitələr-mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları barədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq; hüquqşünas kadrların peşəkarlığının artırılması, xüsusən, özəl sahələrdə çalışan hüquqşünasların ixtisasartırma kurslarına cəlb edilməsi, ali məktəblərin yuxarı kurslarında oxuyan yaxud ali məktəbləri yenicə bitirmiş məzunların praktiki hüquqşünaslıq vərdişlərinə yiyələnməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi; hüquqi islahatların təkmilləşdirilməsinə dəstək vermək məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi; beynəlxalq mütəxəssislərin cəlb edilməsi ilə yeni qanun layihələrinin hazırlanması, qanunvericilik təşəbbüsləri ilə çıxış etmək bu sıradan olan tədbirlərdəndir. Qarşısına qoyduğu məqsədlərə çatmaq üçünHüquqi İslahatlara Yardım Mərkəzinin nəzdində Azərbaycan Arbitraj Mediasiya Mərkəzi; Hüquqi İnnovasiya İnkişaf Mərkəzi; Hüquq Təlim-Tədris Mərkəzi kimi əsas fəaliyyətinə uyğun üç istiqamətdə müstəqil qurumlar yaradılıb. Şübhəsiz ki, bu məqsədlərə nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi öz fəaliyyətimizdə tətbiq edilməsinin müsbət səmərə verə biləcəyini düşünürük. Bu istiqamətdə mütəxəssislərimiz ciddi araşdırmalar aparırlar. Həmçinin, Mərkəz öz fəaliyyətində hüquqi islahatların, innovasiya layihələrinin həyata keçirilməsi ilə məşğul olan dövlət qurumları ictimai təşkilatlarla ciddi əməkdaşlıq əlaqələri qurur. “Hüquqi İslahatlara Yardım Mərkəzifəaliyyətə başladığı müddət ərzində qarşısına qoyduğu məqsədlərə çatmaq üçün öz daxili imkanları hesabına bir çox tədbirlər görüb. Belə ki, mütəxəssislərimizin hazırladığı 2000-ə yaxın hüquqi termini əhatə edən izahlıRusca-azərbaycanca hüquq lüğətiVərəsəlik: Normativ aktlar, Qərarlar, Şərhlər (1923-2000-ci illər)” kitablar bir çox digər nəşrlər kütləvi tirajla oxucuların ixtiyarına verilib. Mərkəz qarşısına mübahisələrin alternativ həlli ilə əlaqədar olan digər üsullarla konsaltinq xidmətlərinin bu kimi kitabların hazırlanmasında nəşrində əsas məqsəd vətəndaşların hüquqi cəhətdən maarifləndirilməsi işlərinə kömək etməkdir.

Təşkilatımız Azərbaycanda mübahisələrin məhkəmədənkənar, arbitraj yolu ilə həlli istiqamətində atılan addımların davam etdirilməsi təkmilləşdirilməsi üçün müəyyən işlər görüb. Yeri gəlmişkən qeyd edək ki, “Hüquqi İslahatlara Yardım Mərkəziəməkdaşlarının mübahisələrin alternativ üsullarla həlli sahəsində kifayət qədər nəzəri təcrübi bilikləri vardır. Belə ki, təşkilatımızın təsisçiliyi ilə, hüquq varisliyi qaydasında yenidən təşkil olunaraq, hazırdaAzərbaycan Arbitraj Mediasiya Mərkəziadlananİnternational Commercial ArbitratonCəmiyyəti 2002-ci ildən yaradılıb fəaliyyətə başlayıb. “İnternational Commercial ArbitratonCəmiyyətiBeynəlxalq Arbitraj haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq, 11 noyabr 2003- ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini təsis etmiş, BKAM-ın arbitrlərini seçmiş, BKAM-ın katibliyini aparatını təşkil etmiş, BKAM-ın Əsasnaməsini təsdiq edib.

2008-ci ildəİnternational Commercial ArbitrationCəmiyyəti hüquqi varislik qaydasındaHüquqi İslahatlara Yardım Mərkəzinin təsisçiliyi ilə yenidən dövlət qeydiyyatına alınmaqla, adı dəyişdirilərəkAzərbaycan Arbitraj Mediasiya Mərkəzikimi yenidən təşkil olunub. Azərbaycan Arbitraj Mediasiya Mərkəzinin hüquqi varisi olduğu İnternational Commercial ArbitrationCəmiyyəti fəaliyyəti dövründə, həmçinin, 2004-2007-ci illərdə müstəqil surətdə Azərbaycanda arbitraj ideyasının fəal təbliğatçısı olaraq, nəzdində yaradılan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin təşkili inkişafı istiqamətində əməli tədbirlər görmüşdür. BKAM Almaniya, Rumıniya, Misir, Türkiyə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Avstriya s. kimi beynəlxalq arbitraj mediasiya sahəsində zəngin təcrübəsi olan ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla qarşılıqlı əməkdaşlıq sazişləri bağlamış, müxtəlif formatda bu əlaqələrini inkişaf etdirir. “İnternational Commercial ArbitrationCəmiyyəti 2003-2008-ci illərdə beynəlxalq arbitraj sahəsində 2 kitab, 4 broşür (Azərbaycan, ingilis rus dilərində) buraxaraq, öz daxili imkanları hesabınaArbitrajqəzetini nəşr etdirib.

Hazırda BKAM-ın icraatında iqtisadi mübahisələrə dair bir neçə vardır ki, bu da mübahisələrin həllinin alternativ üsullarına sahibkarların inamının nəticəsidir.

İndi təşkilatımızın nəzdində fəaliyyət göstərən Azərbaycan Arbitraj Mediasiya Mərkəzi arbitraj mediasiya sahəsində beynəlxalq əlaqələrini davam etdirir, xüsusən, iqtisadi mübahisələrin alternativ həlli üsullarının ölkəmizdə təbliğində fəal aparır, həmçinin, müstəqil arbitraj mediasiya qurumu kimi beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edir.

Natiq müəllim, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində kimi təşəbbüsləriniz olub?

Mərkəzin əməkdaşları tərəfindən beynəlxalq təcrübəyə milli qanunvericilik bazasına əsaslanmaqlaMediasiya (vasitəçilik) haqqında Münsiflər məhkəməsi haqqında Qanun layihələri hazırlanır. Yaxın vaxtlarda yeni layihələr müvafiq dövlət qurumlarına ictimaiyyətin müzakirəsinə təqdim ediləcək. İnsan vətəndaş hüquq azadlıqlarının qorunması sahəsində Hüquqi İslahatlara Yardım Mərkəzinin orijinal tədbirlərin həyata keçirilməsini planlaşdırır. İlk növbədə müxtəlif qanunvericilik aktlarının günün tələbləri beynəlxalq təcrübəyə müvafiq səviyyədə təkmilləşdirilməsi üçün artıq 10-a yaxın təkliflə Azərbaycan Respublikasının Milli Məclisinə, Prezidentin İcra Aparatına, Nazirlər Kabinetinə müraciətlər təqdim olunub. Dəyişən cəmiyyətdə qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətimizin, müvafiq qurumların daim diqqət mərkəzindədir. Təşkilatımız da öz əməkdaşlarının digər mütəxəssislərin praktiki fəaliyyəti, ayrı-ayrı şəxslərin, dövlət, ictimai özəl təşkilatların müraciətləri əsasında aşkar olunan problemli məsələlərin vaxtında peşəkarlıqla həllini tapması üçün əsaslandırılmış təkliflər hazırlayaraq müvafiq orqanlara təqdim edir. Ümumiyyətlə, yeni qanunların hazırlanmasında qüvvədə olan qanunların təkmilləşdirilməsində iştirak etmək, ayrı-ayrı qanunların, normativ-hüquqi aktların tətbiqi mexanizminin səmərəliliyini öyrənmək, qanunvericiliyin tətbiqi təcrübəsindəki nöqsanların aradan qaldırılmasında fəal iştirak etmək təşkilatımızın fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Hüquqi İslahatlara Yardım Mərkəzirespublika hüquqşünaslarının qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi prosesinə, hüquqi dövlətin vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, cəmiyyətin mənafeyinin mühafizəsinə, vətəndaşların hüquq azadlıqlarının həyata keçirilməsi genişləndirilməsinə səfərbər etmək niyyətindədir. İnsan vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə daha asan şəkildə müraciət etməsinə yardım, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin davamlı fəaliyyət sahələrindən biridir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri hüquqşünas peşəsinin nüfuzunun artırılması, hüquqşünasların peşə hazırlığının, peşə etikasının təkmilləşdirilməsi, xüsusən, vəkillərin nümayəndəlik fəaliyyəti ilə məşğul olan praktiki hüquqşünasların müxtəlif sahələr üzrə ixtisaslaşmasına yardım göstərməkdir.

Hazırda mərkəzin mütəxəssislər qrupu qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir beynəlxalq hüququn beynəlxalq əlaqələrin əsas xüsusiyyətlərini, beynəlxalq hüququn beynəlxalq təcrübənin ən yeni innovasion üsullarını araşdırır. Beynəlxalq hüquq ittifaqları təşkilatlarla birbaşa əlaqələrin yaradılması, beynəlxalq səviyyəli ekspertlərlə qarşılıqlı əməkdaşlığın qurulması da mərkəzin önəm verdiyi məsələlərdəndir. Bu məqsədlə mərkəzin əməkdaşlarının xarici ölkələrə ezam olunması, xarici mütəxəssislərin ölkəyə dəvət olunması, beləliklə fəal təcrübə mübadiləsi aparılmasına diqqət yetirilir.

AQİL

 





17.02.2014    çap et  çap et