525.Az

Bakı-Çelyabinsk aviareysi təxirə salınıb


 

Bakı-Çelyabinsk aviareysi təxirə salınıb<b style="color:red"></b> Bu gün Rusiyanın «İrAero» şirkətinin səhər saatlarında yerinə yetirilməsi planlaşdırılan 262 nömrəli Bakı-Çelyabinsk aviareysi təxirə salınıb. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
 
«Bakıdan Çelyabinskə saat 08:55-də yerinə yetirilməsi nəzərdə tutulan aviareys sərnişin sayının az olması səbəbindən təxirə salınıb. Məlumata görə, sərnişin sayının az olması ilə əlaqədar bu aviareys martın 4-də və 18-də saat 08:55-də yerinə yetiriləcək», - deyə Bakı aeroportundan bildirilib.
Xatırladaq ki, Bakı-Çelyabinsk aviareysi həftədə bir dəfə, çərşənbə axşamı saat 08:55-də yerinə yetirilir.
 





18.02.2014    çap et  çap et