525.Az

Türkiyə mətbuatı ermənilərin Qarabağdakı terrorçu fəaliyyətindən yazır


 

Türkiyə mətbuatı ermənilərin Qarabağdakı terrorçu fəaliyyətindən yazır<b style="color:red"></b>

Təcavüzkar Ermənistanın hərbi qüvvələrinin qalıqlarının işğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri cinayət əməlləri Türkiyə mediası tərəfindən terrorçuluq fəaliyyəti kimi dəyərləndirilib.

525.az xəbər verir ki, erməni silahlı dəstələrinin Hadrut və Xocavənd ərazisində törətdikləri terror-təxribat və diversiya əməlləri olduğuna diqqət çəkən kütləvi informasiya vasitələri bunu qanunsuz fəaliyyət adlandırır. Qeyd edilir ki, bu fəaliyyət müharibədə məğlubiyyətə düçar olan Ermənistan hakimiyyətinin istəyi ilə razılaşdırılan atəşkəsin şərtlərinə ziddir.

Qeyd olunur ki, Azərbaycanın təhlükəsizlik qüvvələri bölgədə sabitliyi qorumaq üçün məcbur olaraq antiterror əməliyyatı keçirib.

Mövzu ətrafında Türkiyə kütləvi informasiya vasitələrinin təqdim etdiyi ekspert rəylərində bildirilir ki, baş verən bütün xoşagəlməz hadisələrə görə, Ermənistan rəhbərliyi məsuliyyət daşıyır.

 





13.12.2020    çap et  çap et