525.Az

"Qarabağ müharibəsi XXI əsrin savaşının əvvəlkilərdən fərqli olduğunu göstərdi"


 

"Qarabağ müharibəsi XXI əsrin savaşının əvvəlkilərdən fərqli olduğunu göstərdi"<b style="color:red"></b>

Honkonqda yayımlanan “South China Morning Post” qəzetində dərc olunan məqalədə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində pilotsuz uçuş aparatlarından (PUA) olduqca səmərəli istifadəsindən danışılıb.

525.az AZƏRTAC-a istanadən xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun PUA-lar vasitəsilə Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirməklə döyüş meydanında böyük uğurlar qazanmasından bir çox ölkənin dərs almalı olduğu bildirilib. Qeyd edilib ki, Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. Azərbaycan PUA-larının lentə aldığı videogörüntülərdə erməni əsgərlərinin yerinin dəqiqləşdirildiyi və hədəfə alındığı görünür, bundan başqa, dronlar kəşfiyyat əməliyyatlarında da istifadə olunub. Ümumilikdə bütün bunlar Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmasını təmin etməyə imkan verdi.

Bildirilib ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi dronlara qarşı lazımi texnoloji cavab tədbirlərini görə bilməyib. Qarabağdakı savaşda PUA-ların səmərəli istifadəsi XXI əsrin müharibəsinin əvvəlkilərdən fərqli olduğunu göstərdi. Ona görə də artıq bir çox ölkə ordusunun silahlanmasında və müdafiənin təşkilində bu amili nəzərə almalıdır.

 





13.12.2020    çap et  çap et