525.Az

Kamil Zeynallı həbs edildi - Yenilənib


 

Kamil Zeynallı həbs edildi - <b style="color:red">Yenilənib </b>

Bu gün saxlanılan idmançı Kamil Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs olunub.

525.az-ın APA-ya istinadən məlumatına görə, K. Zeynallı İnzibatı Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur) təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.

*** 16:20

Fitnes məşqçisi Kamil Zeynallı polis əməkdaşları tərəfindən saxlanılıb.

525.az-ın APA-ya istinadən xəbərinə görə, ilkin məlumatda qeyd olunur ki, K. Zeynallı bu gün işğaldan azad edilən ərazilərə getməyə cəhd edib, lakin ərazidə xidmət aparan polis əməkdaşları buna icazə verməyib.

K. Zeynallının polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanıldığı bildirilir.

 





14.12.2020    çap et  çap et