525.Az

Deputat bank faizlərinin aşağı salınmasını zəruri hesab edir


 

Deputat bank faizlərinin aşağı salınmasını zəruri hesab edir<b style="color:red"></b>

"Bank faizlərinin aşağı salınmasına ehtiyac var. Bank kredit faizləri 8-9  faiz olsa, daha yaxşı olar".

525.az xəbər verir ki, bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

O bildirib ki, Qarabağ regionunun dirçəldilməsi üçün kifayət qədər pul, investisiyalar qoyulması lazımdır:

"Bu yükü niyə dövlətin boynuna qoyaq? Xaricdə yaşayan milyonlarla azərbaycanlı var ki, Qarabağa investisiya qoymaq istəyir. İstənilən bank sahibinə faizlərin çox olmasını irad bildirəndə depozit faizlərinin 10 faiz olduğunu deyirlər. Bu, çox yaxşı, amma bank kreditlərinin faizi çox yüksəkdir".

R.Quliyev bildirib ki, bank faizləri barəsində ciddi konsepsiya işlənməlidir:

"Elə etməliyik ki, bizim sahibkarlar, o cümlədən, Qarabağ regionuna vəsait qoymaq istəyən vətəndaşlar az faizlərlə bunu edə bilsinlər".

 





12.12.2020    çap et  çap et