Gürcüstan cari ilin yanvar-noyabr aylarında 119,6 min ton neft bitumu idxalı həyata keçirib. Gürcüstan idxal etdiyi bitumun 63,7 faizini və ya 76,7 min tonunu Azərbaycandan alıb.
525.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən məlumat verilib.
Bildirilir ki, hesabat dövründə Gürcüstan İraqdan 25,6 min ton, İrandan 9,1 min ton, Rusiyadan 5,1 min ton, Türkiyədən 2,2 min ton neft bitumu idxal edib.
Azərbaycandan Gürcüstana ixrac olunan neft bitumunun həcmi keçən illə müqayisədə 5,5 dəfə artıb. Gürcüstan bu ilin noyabrında isə Azərbaycandan 10,5 min ton neft bitumu idxal edib.
Ötən ay Gürcüstan neft bitumuna olan tələbatının 72,4 faizini Azərbaycandan alıb.
çap et