525.Az

Sülhməramlıların olduğu ərazi ilə bağlı xəritəyə düzəliş edildi


 

Sülhməramlıların olduğu ərazi ilə bağlı xəritəyə düzəliş edildi<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə yenidən baxıb.

525.az APA-ya istinadən xəbər verir ki, nazirliyin rəsmi saytında Sülhməramlı Qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə düzəliş edilib.

14 dekabr 2020-ci il tarixli başlıqla yerləşdirilən xəritədə Cəbrayıl rayonunun ərazisinə daxil olan iki kəndin yenidən Azərbaycan qoşunlarının nəzarətində olan ərazilər kimi göstərilib.

 





15.12.2020    çap et  çap et