525.Az

Erməni əsirliyində olan Yəhya Abdinov qaytarıldı


 

Erməni əsirliyində olan Yəhya Abdinov qaytarıldı<b style="color:red"></b>

Ermənistan əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov Azərbaycana qaytarılıb.

525.az APA-ya istinadən xəbər verir ki, Vətən Müharibəsində yaralanaraq ermənilərə əsir düşən Hacıqabul rayonunun Ağacanlı kənd sakini, hərbi qulluqçu Abdinov Yəhya Vüqar oğlu Ermənistan tərəfindən qaytarılan əsirlərlə birlikdə vətənə gətirilib.

Bir müddət əvvəl Yəhya Abdinov atası Vüqar Abdinovla telefonla əlaqə saxlayıb. Atasının bildirdiyinə görə, oğlu yaralı vəziyyətdə əsir düşüb. Müəyyən prosedur və müalicələrdən sonra oğlu evinə dönəcək. Hələlik başqa məlumatının olmadığını deyib.

 





15.12.2020    çap et  çap et