525.Az

"Ermənistan 2020-ci ili nokaut vəziyyətində başa vurur"


 

"Ermənistan 2020-ci ili nokaut vəziyyətində başa vurur"<b style="color:red"></b>

Ermənistan üçün 2020-ci ili xarakterizə edərkən, dəqiq təsəvvür yaratmaq üçün real mənzərəni belə canlandırardım. Ermənistan iflasının cücərtisi birinci  tamahkar qonşuluq siyasəti ilə başladı. Ikinci zərbəni bu ölkəyə korrupsiyalaşmış iqtisadi sistem endirdi. Üçüncü zərbə pandemiyadan gəldi və bu Ermənistan üçün nokdaun zərbəsi oldu. 27 sentybrda başlayan sonuncu raunda isə Azərbaycanın ona endirdiyi zərbə Ermənistanı nokauta saldı. Zərbə o qədər güclü oldu, o rinqdə dayana bilməyıb, kanatın üstündə aşıb, ona “məşqiçilik” edən dövlətlərin üstünə yığıldı. Bu bənzətmə bir az obrazlı alınsa da, amma tam olaraq Ermənistan nümunəsinə uyğundur.

Bu 4 səbəbin hər birinin ayrı-ayrılıqda Ermənistana təsirini, iqtisadi tənəzzülündə olan çəkisini şərh edərkən isə mütləq bu ölkənin yanlış qonşuluq siyasətindən başlamaq lazımdır. Məhz bu siyasətin nəticəsində Ermənistan bütün beynəlxalq və regional layihələrdən kənar qalaraq, iqtisadiyyata cəlb edə biləcəyi yüz milyonlardan məhrum oldu. İqtisadı geriləmə bütün sahələrə öz təsirini göstərdi. Demokrafik göstəriciləri aşağı düşdü. Cari ilin yanvar-avqust ayları ərzində Ermənistan ÜDM-in səviyyəsində  7%-dək  azalma müşahidə edilirdisə,   hazırda beynəlxalq istisadi dərcilərdə noyabr ayı üçün açıqlanan statistikaya görə bu azalma 14.6%-ə çatmışdır. Cari ilin ilk iki rübü ərzində Ermənistanın dövlət borcu 7,4 milyard dollar həddini keçmişdir. Hələ ilk 6 ayın statistikasına görə dövlət borcunun  ÜDM-in 54,1%-i həcminə yüksəlmişdir. Bu borclanmanın hazırkı vəziyyətilə bağlı statistika gizlədilsə də, ehtimal ki, digər iqtisadi göstəriclərə uygun bu da kifayət qədər artmışdır.

Ermənistanın müharibəyə qədər olan dövr üçün iqtisadi durumu onsuz da açınacaqlı idi. Torpaqlarımızın azad edilməsilə yekunlaşan müharibə isə diz çökmüş Ermənistan iqtisadiyyatını və özünü məhv elədi.  Çünki, müharibə yalnız bu ölkənin iqtisadi tənəzzülünə deyil, de-yure siyasi müstəqilliyini zərbə altında qoydu.

Ermənistanın bu vəziyyətdən çıxmağa cəhdləri,  iqtisadı dirçəlişin azacıq da təmin edilməsi üçün donor axtarışları da bir fayda verməyəcək. Çünki belə vəziyyətdə olan bir ölkəyə donorluq etmək istəyən tapmaq asan məsələ deyil. Beynəlxalq maliyyə qurumları verdikləri hər dolların qayıtma riskini dəqiq analiz edirlər. Ermənistanın admonisiya sənədləri öz etibarlılığını itirdiyi üçün heç bir qurumun bu ölkəyə yetərli vəsait ayıracağı ağılabatan deyil.  Unutmayaq ki, biz adambaşına düşən xarici dövlət borcunun məbləği 2 min dollar,  ümümi xarici borcun isə adam başına düşən məbləği 4300 dollara çatan bir ölkədən danışırıq.  Hansı Maliyyə qurumu geri dönüşü olmayan  investisiya davranışı edər.

Hələ xarici borclanmanın Ermənistan üçün qorxulu həddə yüksəlməsi həyəcanını Beynəlxalq Valyuta Fondu ötən ilin sonlarında vermişdir. Halbu ki, həmin vaxt xarici borcunun ümumi daxili məhsula nisbəti 84.8 faiz idi.  2020-ci ilin iyulda isə bu faiz nisbəti artıq 91%i keçmişdi.  Qeyd edim ki, xarici borcunun ÜDM-ə nisbətinin  80 faizə qədər olması o qədər də qorxulu hesab edilmir. Lakindən bundan yuxarı hədd artıq təhlükəli zonaya girişdən xəbər verir. Ermənistanda isə müharibədən 2 ay əvvəl 90%-i keşmişdir. Hazırda isə bu haqda rəsmi statistika verilməsə də, bu göstəricinin 110-120% civarında olduğunu  söyləmək olar. Çünki, pandemiya və ardından başlayan müharibə Ermənistanda iqtisadi aktivliyi sıradan çıxardı, bir çox iri müəssisələri iflasa uğratdı,  Azərbaycan ərazilərindəki hasilat sənayesi üzrə gəlir yerlərindən məhrum etdi. Əvəzində isə xərclər kəskin artdı, yeni və gözlənilməz xərc istiqamətləri yarandı. Bütün bu iqtisadi təzyiqi azaltmaq üçün əldə edə biləcəkləri qədər xarici borclanmaya gedildi.  Amma yenədə “əkiz kəsir”lərdən xilas ola bilmədilər.  Büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsir aktual olaraq qaldı. Bir ay əvvəl isə  "Fitch Ratings" Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (IDR) 'BB-' dən 'B +' səviyyəsində qiymətləndirdi.

Bütün bu qeyd ediklərim yekun olaraq onu deməyə əsas verir ki, növbəti ildən başlayaraq  Ermənistan qonşuluq siyasətinə korrektə etməsə, siyasi iddiaları iqtisadi maraqlarla əvəzləməsə yaxın gələcəkdə bu ölkədə bütövlükdə defoltun elan edilməsi qaçılmaz olacaq.

SOCAR əməkdaşı, iqtisadçı ekspert
Eldəniz ƏMİROV

 

 





15.12.2020    çap et  çap et