525.Az

İtkin erməni hərbçilərinin yaxınları Putindən kömək istəyir


 

İtkin erməni hərbçilərinin yaxınları Putindən kömək istəyir<b style="color:red"></b>

Dünən müharibədə itkin düşmüş erməni hərbçilərin yaxınları Rusiyanın Ermənistandakı səfirliyinin qarşısına toplaşıblar.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş hərbçilərin valideynləri bildiriblər ki, onlar övladlarının tapılması üçün Rusiya Prezidenti Vladimir Putindən kömək istəyirlər.

Səfirliyin önünə toplaşan şəxslər Rusiya səfirinin köməkçisi ilə görüşərək, ona Rusiya Prezidentinə ünvanladıqları məktubu təqdim ediblər.

Qeyd edək ki, itkin düşmüş hərbçilərin yaxınlarına Azərbaycanın nəzarəti altında olan ərazilərdə aparılan axtarış əməliyyatlarında iştirak etməyə icazə verilib.

 





15.12.2020    çap et  çap et