525.Az

"İnaktiv üsulla hazırlanan vaksinlər daha təhlükəsizdir"


 

"İnaktiv üsulla hazırlanan vaksinlər daha təhlükəsizdir"<b style="color:red"></b>

“Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi - "CoronaVac" inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: "Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Təhlükəsizliyinə daha çox güvəndyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər”.

“Rusiyada hazırlanan vaksinlərin effektivliyinin 92% olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib”.

Sədr qeyd edib ki, ABŞ-da hazırlanan vaksinin isə 95% effektiv olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib:
 
“Hazır olan vaksinlərdən Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi "CoronaVac" vaksinin ilkin nəticələrə görə 95-97% effektivliyinin olması açıqlanıb. Bu vaksin ənənəvi üsullarla hazırlanıb. Ənənəvi vaksinlərdən bəşəriyyət 100 ildən çoxdur ki, istifadə edir. İnfeksiyaya səbəb olan törədicilər iki üsulla zərərsizləşdirilir. Törədici mikroorqanizm qismən məhv edilir. İkincisi isə tam mikroorqanizmin öldürülməsidir. Vaksin bədənə inyeksiya ediləndə virusda zərərli maddəni zərərsizləşdirir”.

 





15.12.2020    çap et  çap et