525.Az

Türk rejissor Paris Hiltonla film çəkəcək


 

Türk rejissor Paris Hiltonla film çəkəcək<b style="color:red"></b>

Türkiyədə televiziya proqramlarının birinə qatılan məşhur rejissor Sinan Çətin Paris Hiltonla komik film çəkmək istədiyini söyləyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rejissor çəkdiyi son filmlə əlaqədar tamaşaçılara qaranlıq qalan bəzi məsələləri aydınlaşdırmaq məqsədi ilə studiyaya dəvət olunub. “Çanaqqala uşaqları” filminə görə Şirin Sevərin qonağı olan rejissor izləyicilərin müharibələri özündə əksetdirən filmlərə maraq göstərməyindən pərişan olduğunu söyləyib: “Artıq bu tip filmlər çəkməyəcəyəm”.

Sülhü təbliğ edən filmə tamaşaçılar tərəfindən göstərilən sərt reaksiyalara münasibət bildirən rejissor belə açıqlama verib: “Filmin bu qədər tənqid olunmasının əsas səbəbi əsərin tamaşaçıların gözlədiyi sonluqla bitməməsidir. Mən sülhü təbliğ edən film çəkdim. Çanaqqala döyüşünə görə düşmənlə barışa biliriksə, öz vətəndaşlarımızla da barışmağı bacarmalıyıq”.

Sinan Çetin filmi çəkərkən bu döyüş haqda yazılan dastanlardan, tarixi materiallardan bəhrələnib. Çəkilən filmi maddi və mənəvi zərərlə qarşılayan rejissor tamaşaçılardan gözlədiyi dəstəyi ala bilməyib: “Mən insanları bir daha sülhə səslədim. Lakin onlardan gözlədiyim dəstəyi ala bilmədim. Bu ölkədə döyüşə maraq, “millətçilik”, insanların döyüşə çağrılması geniş təbliğ olunur”. 

Daha sonra məşhur rejissor gələcək planları haqda danışaraq Paris Hiltonla komik film çəkmək istədiyini deyib.

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et