525.Az

"Ölkəyə gətiriləcək vaksinlər təhlükəsizlik qaydalarına cavab verəcək"


 

"Ölkəyə gətiriləcək vaksinlər təhlükəsizlik qaydalarına cavab verəcək"<b style="color:red"></b>

“Ölkəyə alınıb gətiriləcək koronavirusa qarşı vaksinlər 100% təhlükəsizlik qaydalarına cavab verəcək”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, bu zaman peyvənd məntəqələrinin, tibbi personalın tam hazır olması da təmin ediləcək.

“İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik. Onlarda aparılan işlərlə bağlı gündəlik məlumatlıyıq və artıq işbirliyi yaradılıb”. 

Viktor Qasımov qeyd edib ki, Türkiyə artıq 50 milyon dozaya qədər CoronaVac vaksininin alınması ilə bağlı razılıq əldə edib. Vaksinin əldə edilməsində onun təhlükəsizliyi xüsusi önəm kəsb edir. Vaksinin istifadəsinə yalnız təhlükəsizliyə tam cavab verəndən sonra icazə verilə bilər. Yalnız üçüncü mərhələdən sonra, eyni zamanda ölkənin standartlarına cavab verərsə, bu vaksinlərdən istifadə etmək olar. Azərbaycanda bu məsələ "Dərman vasitələri haqqında" qanunla tənzimlənir. Epidemiya və digər fövqəladə hallarda vaksinlərin idxalına icazə verilə bilər. Bunun üçün Səhiyyə Nazirliyi müxtəlif parametrlərin araşdırılması nəticəsində Nazirlər Kabinetinin qərarı ilə onların idxalına və istifadəsinə icazə verə bilər. Vaksinlər temperatura həssas yanaşır. Müxtəlif vaksinlər müxtəlif temperaturlarda saxlanmalıdır. Bunun üçün soyuq zəncir sistemi mövcud olmalıdır”.

 





15.12.2020    çap et  çap et