525.Az

Süni intellektlə bağlı işçi qrupu yaradılıb


 

Süni intellektlə bağlı işçi qrupu yaradılıb<b style="color:red"></b>

"Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdində süni intellektlə bağlı işçi qrupu yaradılıb və artıq strategiyanın işlənilməsi istiqamətində işlər başlanılıb".

525.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, bunu İnnovasiya həftəsi çərçivəsində keçirilən "Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq" adlı vebinarda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hər hansı təklif irəli sürülərsə, onlara nazirlik tərəfindən baxılacaq:

"Hazırda rəqəmli transformasiya və süni intellekt üzrə strategiyaların yaradılması üzərində işlər aparılır. Bildiyiniz kimi, bundan əvvəl kibertəhlükəsizlik strategiyası və yeni fərdi məlumatlar üzrə qanun layihəsi hazırlanıb. Hazırda rəqəmli mühitdə təhlükəsiz və səmərəli fəaliyyət göstərməyimiz üçün vacib olan sənədlər hazırlanır".

 





15.12.2020    çap et  çap et