525.Az

Azərbaycan startapı minaaxtaran dron layihəsi hazırlayıb


 

Azərbaycan startapı minaaxtaran dron layihəsi hazırlayıb<b style="color:red"></b>

Azərbaycan startapı minaları müəyyənləşdirə bilən dron aparatının yaradılması layihəsinin inkişafı ilə bağlı "Innoland" İnkubasiya və Akselerasiya Mərkəzinə müraciət edib.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu "İnnovasiya həftəsi" çərçivəsində keçirilən "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" onlayn forumunda çıxış edən Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Azər Bayramov deyib.

Onun sözlərinə görə, Elektron Hökumətin İnkişafı Mərkəzi agentliyin tabeliyində olduğuna görə, elektron hökumətin inkişafı ilə bağlı da müxtəlif xidmət və məhsullarla bağlı yerli şirkətlər tərəfindən müraciətlər daxil olur:
 
"Ən son aldığımız təklif, minaları müəyyənləşdirən dron aparatı layihəsidir. Bu, tam reallığa və mövzuya uyğun bir təklifdir. Biz davamlı şəkildə müxtəlif təkliflər alırıq və çalışırıq, o təklifləri dəyərləndirək. Maraqlı layihələr olduqda biz çalışırıq onları rezident qismində "Innoland"a dəvət edək ki, oradakı mövcud imkanlardan yararlansınlar".

 





16.12.2020    çap et  çap et