525.Az

Xerson Dövlət Universitetində Xocalı soyqrımına həsr olunmuş anım mərsimi keçirilib


 

Xerson Dövlət Universitetində Xocalı soyqrımına həsr olunmuş anım mərsimi keçirilib<b style="color:red"></b>

Ukrayna Azərbaycanlı Gənclər Birlyinin (UAGB) Ümumukrayna Gənclər Assambleyasının və ASAİF-in   təşəbbüsü  və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dəstəyi ilə Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində növbəti tədbir Xerson Dövlət Universitetində keçirilib.

"Xocalı soyqrımını törətməklə bəşər tarixinin qəddarlıq səlnaməsinə  əbədi imza atan erməni qəsbkarları öz tarixi cinayətləri qarşısında cavab verməlidir".

UAGB Mətbuat Xidmətindən  525.az-a verilən məlumata görə, Xerson Dövlət Universitetinin müəllim heyətinin, tələbələrin və bir sıra  xalqların diaspora  təşkilatları nümayəndələrinin qatıldığı anim mərasimində çıxışına bu sözlərlə giriş verən Ukrayna Azərbaycanlı Gənclər Birlyinin Xerson Vilayət  təşkilatının sədri Elbin Quliyev ermənilərin son iki əsrdə azərbaycanın tarixi ərazilərində   həyata keçirtdikləri soyqrim,deportasiya  və işğlçılıq siyasti haqqında ətrafli məlumat verib . Sonra mərasimə  qatılanlar  Trend İnformasiya agentliyinin  xətti ilə çəkilmiş "Sözün bitdiyi zaman" filminə baxmaqla  ermənilərin son iki əsrdə azərbaycan xalqına  qarşı həyata keçirtdikləri soyqrım və işğalçılıq siyasəti ilə tanış olublar.

Filmə baxdıqdan sonra həyacanlı notlarla çıxış edən Xerson Gənclər Təşkilatının rəhbəri Andrey Solomoxin, Xerson Dövlət Universitetinin xarici dillər kafedrasının müdiri Yevgeni İrkliy  və digər tədbir iştirakçıları ermənilərin   xocalı şəhərində dinc əhaliyə, xüsusəndə  uşaqlara , qadınlara və yaşlı insanlara  qarşı   törətdikləri  vəhşilikləri  bir xalqa və millətə qarşı yönəlmiş  əsl soyqrım siyasəti adlandirıblar.Beynəlxalq təşkilatları və dünya birliyini belə  bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyə səsləyiblər.

 

 





18.02.2014    çap et  çap et