525.Az

Xalq təbabəti


 

Xalq təbabəti <b style="color:red"></b>

Qanda şəkərin miqdarının artması təkcə şəkərli diabet xəstələrində olmur. Bəzən xəstəliyi olmayan insanlarda da qan şəkərinin artımı müşahidə olunur. Şəkərin artması bizə ciddi təhlükələrdən xəbər verir. Bəzi qidalar var ki, onlar qan şəkərini aşağı salmağa yardımçı olur.

Qara gavalı - digər quru meyvələr şəkəri artırsa da, qara gavalı əksinə, salır və diabet xəstələri üçün əvəzedilməz hesab edilir.

Sitrus meyvələri: Diabet xəstələri sidiyə çox getdikləri üçün onlarda C vitamini əksikliyi çoxalır. Sitrus meyvələri isə qanda şəkəri də aşağı salır, vitamin əskikliyini də aradan qaldırır.

Acı bibər: Bu faydalı bitki metobolizmi aktivləşdirir, şəkəri salır, piylənməyə qarşı təsir edir. Araşdırmalara görə, həftədə 3-4 dəfə bu istiotdan yemək, hətta insanın ürək tutmasından ölməsini minimuma endirə bilir.

Yaşıl çay: Bu çayda olan flavonoidlər iltihaba qarşı təsir göstərir. Metobolizmi artırır, bununla da şəkər tez parçalanıb qandan xaric olur.

Şokolad: Elmi təcrübələr sübut edir ki, qara şokolad insulinə qarşı  həssaslığı artırır, bu da diabetin profilaktikası üçün vacibdir. Şokolad damarların keçiriciliyini də yaxşılaşdırır, təzyiqi normallaşdırır.

Mal əti: Bu ətdə olan linol turşusu qanda şəkəri normallaşdırır, xərçəng əleyhinə effekt verir. Gündə 120 qr mal əti yemək olar.

Sarımsaq: Diabet xəstələri üçün sarımsaq yemək çox faydalıdır. Günə 2-3 diş sarımsaq qanda şəkəri xeyli aşağı salır. Lakin mədə-bağırsaq xorası olanlara sarımsaq qətiyyən olmaz.

Avokado: Bu meyvə diabedə qarşı dayanıqlığı artırır. Avokado yedikdən sonra qanda şəkərin səviyyəsi uzun müddət sabit qalır, həmçinin, insan aclıq da hiss etmir.

Afaq RZA

 





16.12.2020    çap et  çap et