525.Az

“Manqala” oyunu UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edildi


 

“Manqala” oyunu UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edildi<b style="color:red"></b>

Türkiyənin “Manqala” oyunu UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabı vasitəsilə bildirib.

Türkiyənin xüsusilə Qaziantep, Şanlıurfa, Hatay kimi vilayətlərində daha yayğın əl oyunu olan “Manqala” ölkənin fərqli bölgələrində “Göçürme”, “Mankala”, “Kümelek”, “Doqquz Quyu”, “Doqquz Daş”, “Emme”, “Qala”, “Mele”, “Xana”, “Quyu Daşı”, “Göçme” kimi fərqli adlarla da tanınır. Dərin tarixə sahib oyun Osmanlı dövründə sosiallaşma və mədəni paylaşım vasitələrindən biri olub. İki nəfər və ya iki qrup arasında oynanan oyunda daş yerinə toxumlardan da istifadə edilə bilər.

 





17.12.2020    çap et  çap et