525.Az

Türkiyədə COVID-19-dan son sutkada 243 nəfər öldü


 

Türkiyədə COVID-19-dan son sutkada 243 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 243  nəfər ölüb.

Bu Türkiyədə COVID-19-dan ölümə görə ən yüksək göstəricidir. 

525.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  koronavirus testindən 206 102 nəfər keçib, simptomları da müəyyən edilməyənlərlə birlikdə 27 515 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 30 494 olub. Ağır xəstə sayı dünənlə müqayisədə 57 nəfər azalaraq 5803 olub. Nazir ağır xəstə sayının azalmasını müsbət hal olaraq qiymətləndirib. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 955 680 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 721 607 nəfər sağalıb, 17 364 nəfər isə ölüb.

 





17.12.2020    çap et  çap et