525.Az

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


 

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq<b style="color:red"></b>

COVİD-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə 525.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

 





18.12.2020    çap et  çap et