525.Az

"Qarabağda atəşkəsə böyük ölçüdə riayət edilir"


 

"Qarabağda atəşkəsə böyük ölçüdə riayət edilir"<b style="color:red"></b>

Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi ilə bağlı inşaat işləri aparılır.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Generalın rəhbərliyi altında digər personalın hazır vəziyyətdə olduğunu bildirən türkiyəli nazir vurğulayıb ki, Türkiyədən Azərbaycana istehkamçılar göndərilib:

“Onlar orada həm təlim keçirlər, həm də mina axtarma əməliyyatları aparacaqlar”.

H. Akar qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir: “Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq”.

“Qarabağın bir hissəsində ermənilər var. Ruslar sülhü qorumaq çərçivəsində oradadırlar”.

O qeyd edib ki, Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir:
 
“Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik”.

 

 





18.12.2020    çap et  çap et