525.Az

Rauf Arifoğlu prokurorluğa çağırılıb


 

Rauf Arifoğlu prokurorluğa çağırılıb<b style="color:red"></b>

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Bakı şəhər Prokurorluğuna dəvət olunub. Bu barədə baş redaktora Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbər verib. Sultanov Arifoğlunun şəhər prokurorluğuna hansı səbəbdən çağrıldığını da deyib.

Aydın olur ki, baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün musavat.com saytında gedən "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıdır. Həmin yazıda "Mersedes-Gallendvagen" markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur.

R.Arifoğlu musavat.com-a bildirib ki, şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getmək fikrində deyil: "Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm".

 





18.02.2014    çap et  çap et