Azərbaycanın "Azərenerji" ASC və İtaliyanın "Ansaldo Enerji" şirkəti arasında təchizat müqaviləsi imzalanıb.
525.az-ın məlumatına görə, onlayn formatda təşkil edilən imzalama mərasimində çıxış edən "Azərenerji"nin prezidenti Baba Rzayev qeyd edib ki, sənədə əsasən Azərbaycanın işğaldan azad edilən 4 rayon ərazisində – Kəlbəcər, Ağdam, Fizuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalarının elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur.
çap et