525.Az
Mövqelərimiz atəşə tutulub
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
19.02.2014
çap et