525.Az

Müdafiə nazirinin adı çəkilən gizli telefon danışığına rəsmi münasibət


 

Müdafiə nazirinin adı çəkilən gizli telefon danışığına <b style="color:red">rəsmi münasibət</b>

Azərbaycan Müdafiə Nazirliyi Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a daxil olan məlumata görə, nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildirir ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndirir.

 





19.02.2014    çap et  çap et