525.Az

Pərviz Həşimlinin məhkəməsi fevralın 27-də başlayacaq


 

Pərviz Həşimlinin məhkəməsi fevralın 27-də başlayacaq<b style="color:red"></b> “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə prosesinin başlama vaxtı məlum olub.
 
APA-nın məlumatına görə, cinayət işi üzrə hazırlıq iclası fevralın 27-nə təyin edilib. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov sədrlik edəcək.
 
P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
 
Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
 





19.02.2014    çap et  çap et