525.Az

Rusiyaya olimpiadalarda iştirak qadağası qoyuldu


 

Rusiyaya olimpiadalarda iştirak qadağası qoyuldu<b style="color:red"></b>

Rusiyaya növbəti iki il ərzində Olimpiya oyunlarında iştirak, hər hansı bir Dünya Çempionatında dövlətin adından, bayrağından və himnindən istifadə etməsi qadağan edilib.

525.az xarici mediaya istinadən məlumat verir ki, eyni zamanda İdman Arbitraj Məhkəməsinin qərarı ilə Rusiyanın iki il müddətində böyük idman yarışlarına ev sahibliyi etmək hüququ əlindən alınıb. Rus idmançılarına və komandalarına, dopinq və ya müsbət testlərin ört-basdır edilməsində iştirak etmədikləri təqdirdə, gələn il keçiriləcək Tokio Olimpiadasında və Pekində keçiriləcək 2022 Qış Oyunlarında, eləcə də 2022-ci il Qətər Dünya Kuboku da daxil olmaqla Dünya Çempionatlarında iştirak etməyə icazə veriləcək.

Məhkəmə, "Rusiya" adının "Tərəfsiz idmançı" ya da "Tərəfsiz komanda" sözləri ilə bərabər yazılacağı təqdirdə formalar üzərində saxlanıla biləcəyi qərarını verib. Məhkəmə Rusiya dövlət orqanlarını keçən il Ümumdünya Antidopinq Agentliyi müstəntiqlərinə təhvil verməzdən əvvəl Moskva sınaq laboratoriyasındakı bir məlumat bazasını pozmaqda  ittiham edib. Uzun müddətdir davam edən dopinq pozuntularını mühakimə etmək üçün əsaslı dəlillər mövcud idi.

Lakin qaydalara əsasən, prezident Vladimir Putin də daxil olmaqla rus dövlət rəsmiləri ev sahibi ölkə tərəfindən dəvət olunduqda, böyük idman tədbirlərində iştirak edə bilərlər.

El Roman

 





20.12.2020    çap et  çap et