525.Az

Azərbaycan və Türkiyə Mərkəzi Bankları Anlaşma Memorandumu


 

Azərbaycan və Türkiyə Mərkəzi Bankları Anlaşma Memorandumu <b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) və Türkiyə Mərkəzi Bankı (TMB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AMB-dən 525.az-a verilən məlumata görə, memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsi, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsidir.

Sənədə əsasən, tərəflər arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur.

"AMB və TMB arasında uzun illər ərzində intensiv əməkdaşlıq əlaqələri formalaşıb və bu əməkdaşlıq çərçivəsində mərkəzi bankçılığın müxtəlif funksional sahələri üzrə birgə texniki yardım layihələri həyata keçirilib. Memorandum iki ölkənin bütün istiqamətlərdə olduğu kimi, mərkəzi bankları arasında da əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, mərkəzi bankçılığın və bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək", - AMB bəyan edib.

 

 





20.12.2020    çap et  çap et