525.Az

2021-ci ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi


 

2021-ci ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi <b style="color:red"></b>

2021-ci ilin dövlət büdcəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi və onun maliyyələşdirilməsi qaydası məlum olub.

525.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.

Kəsirin qarşılanmasının aşağıdakı mənbələr hesabına həyata keçirilməsi nəzərdə tutulur:

- imzalanmış kredit müqavilələrinə uyğun olaraq 610,0 milyon manat həcmində layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər,

- 1895,0 milyon manat həcmində yeni daxili və xarici borclanma,

- 500,0 milyon manat həcmində 2021-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının ehtimal olunan qalığı və 2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.

- 111,0 milyon manat məbləğində özəlləşmədən daxilolmalar.

 





21.12.2020    çap et  çap et