525.Az

Salyanda gecə vaxtı həmkəndlisini öldürən şəxs tutulub


 

Salyanda gecə vaxtı həmkəndlisini öldürən şəxs tutulub<b style="color:red"></b> Salyan rayonu Qızılağac kənd sakinini qətlə yetirmiş şəxs tutulub.

525.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 19-da gecə saat 02 radələrində Salyan rayonu Qızılağac kəndinin ərazisində kənd sakini Şəmsəddin Əsədov münaqişə zəminində həmkəndlisi İlqar Nəzirova bıçaqla xəsarət yetirib. İ.Nəzirov xəstəxanaya aparılarkən yolda ölüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əsədov tutulmuşdur.
 





19.02.2014    çap et  çap et