525.Az

Xarici işlər nazirlərinin görüşündən sonra bəyannamə qəbul ediləcək


 

Xarici işlər nazirlərinin görüşündən sonra bəyannamə qəbul ediləcək<b style="color:red"></b> Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir.

Trend-in məlumatına görə, bu gün Gəncə şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüş keçirilir. Görüşün sonunda Gəncə bəyannaməsi qəbul ediləcək.

Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.

Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Qeyd edək ki, nazirlərin sonuncu görüşü 2013-cü ilin martında Batumidə keçirilmişdi.
 





19.02.2014    çap et  çap et