525.Az

Xocalı qurbanlarının xatirəsi Xarkov şəhərində anılıb (Fotolar)


 

Xocalı qurbanlarının xatirəsi Xarkov şəhərində anılıb <b style="color:red">(Fotolar)</b>

  
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və ASAİF –in təşəbbüsü,o cümlədən , Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dəstəyi ilə  Ukraynada elan olunmuş Xocalı Ayı çərçivəsində növbəti tədbir  Xarkov şəhərində keçirilib.

Xarkov Vilayətində fəaliyyət göstərən bir sıra gənclər təşkilatları nümayəndələrinin və diaspora fəallarının iştirak etdiyi anım mərasimi Xocalı qurbanlarının xatirəsinin yad olunması ilə başlayıb.Anım mərasimində  Ukrayna Acərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, 22 il bundan öncə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım siyasətı haqqında ətraflı məlumat verib.Erməni silahlı qüvvələrinin  Xocalı şəhərində törətdikləri kütləvi qırğınları qəddarlıq baxımından bəşər tarixinin ən amansız səlnaməsi kimi səciyyələndirən birliyin sədri  Xocalıda və Azərbaycanın digər bölgələrində şəhid olan qəhrəman oğul və qızlarımızın qanının yerdə qalmayacağını vurğulayıb.Biz gənclər dünyanın harasında yaşamağımızdan asılı olmayaraq vətənimizin sıravi əsgərləriyik. Əminəm ki, ölkəmizin Ali baş Komandanı İlham Əliyev istənilən zaman əmr verərsə azərbaycan gəncliyi qısa bir zamanda  işğal altında olan torpaqlarımızı düşmən tapdağından azat  edəcək deyə Anar Tahirov  vurğulayıb.

 Sonra mərasımə qatılanlar  Heydər Əliyev fondunun təşəbbüsü ilə hazırlanmış Xocalı harayı filminə baxmaqla  ermənilərin xocalı şəhərində  dinc əhaliyə qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış olublar . Xocalıda baş verənləri   insanlığa yönəlik bəşəri  cinayət adlandıran Xarkov Milli Unuiversitetinin müəllimi,tarix elmlər namizədi   Lyudmila Qarnik ermənilərin zaman-zaman Azərbaycan torpaqlarına köçürülməsi siyasətindən danışıb.Hazırkı ermənistan dövlətinin azərbaycanın tarixi əraziəri üzərində qurulmasını tarixi faxtlarla mərasim iştirakçılarının diqqətinə çatdırıb.

     Xocalı faciəsi  20 ci əsrin ən qanlı səhifəsidir. Mən bir tarixçi kimi onu deyə bilərəm ki, ermənilər Azərbaycan torpaqlarına sonradan gəliblər və  imperialist ölkələrin gücünə arxalanaraq əsrlər boyu Azərbyacan xalqına qarşı işğalçılıq və soyqrım siyasəti həyata keçiriblər. İnaniram ki tezliklə Azərbyacan öz ərazi bütövlüyünü bərpa edəcək -deyə tarix elmləri namizədi Lyudmila Qarnik çıxışını bu notla sona çatdırıb. 

   Mərasimdə  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xarkov Vilayət təşkilatının fəallarından Ibrahim Məmmədov, İlqar Quliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının sədr müavini Amil Abdullayev çıxış edərək, aradan 22 il keçməsinə baxmayaraq beynəlxalq təşkilatların hələdə Xocalı soyqrımına hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndiriblər.

 

 





19.02.2014    çap et  çap et