525.Az

“Jurnalistika” fakültələrində qabiliyyət imtahanı ilə bağlı yeni xəbər


 

“Jurnalistika” fakültələrində qabiliyyət imtahanı ilə bağlı yeni xəbər<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Jurnalistika” ixtisası üzrə qəbulda qabiliyyət imtahanları ilə bağlı Azərbaycan Mətbuat Şurasının müraciəti ətrafında müzakirələri davam etdirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mətbuat Şurası tərəfindən Komissiyaya "Jurnalistika" ixtisasına qəbulda bakalavriat səviyyəsi üzrə qabiliyyət imtahanının tətbiq edilməsinə dair müraciət olunub.
 
Bununla əlaqədar olaraq Komissiyada TQDK-nın və Mətbuat Şurasının rəhbərliyinin görüşü keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Aparılan müzakirələrin nəticəsi olaraq TQDK tərəfindən 2014-cü il üçün "Jurnalistika" ixtisası üzrə bakalavriat və magistratura səviyyələrinə qəbulda qabiliyyət imtahanları prosedurları haqqında təkliflər hazırlanaraq Mətbuat Şurasına göndərilib, qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı həmin qurumun rəy bildirməsi, bu istiqamətdə dəqiq hədəflərin, məqsəd və perspektivlərin müəyyənləşdirilməsinin, konkret qiymətləndirmə meyarlarının və digər zəruri amillərin birgə işlənib hazırlanmasının vacibliyi vurğulanıb.

Qabiliyyət imtahanları ilə bağlı təkliflərin ətraflı müzakirəsi üçün Mətbuat Şurasında yaradılmış işçi qrupunun üzvləri ilə TQDK-da növbəti görüş martın 4-də keçiriləcək.
 

 





19.02.2014    çap et  çap et