“EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə cari ilin 30 - 31 dekabr tarixlərində I və II Qarabağ Müharibəsində şəhid olanların xatirəsinə və Azərbaycan xalqının qələbəsinə həsr olunan əfsanəvi “Xarıbülbül Aksiyası” adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçiriləcək.
525.az xəbər verir ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günündə keçiriləcək Qarabağ torpağının neməti olan Xarıbülbül (Ophrys caucasica) simvoluna həsr olunan yaradıcılıq müsabiqəsinin təltifetmə mərasimi və beynəlxalq onlayn auksion təşkil olunacaq.
Auksionda xalq tətbiqi sənəti ilə məşğul olan ustalar, həvəskar iştirakçılar və rəssamlar tərəfindən müsabiqəyə və auksiona təqdim olunmuş rəsm əsərləri, kitablar, xarıbülbül təsvir olunmuş aksesuarlar, xarı bülbül çiçəyi formasında qeyri adi hazırlanma üsulunda olan döş nişanı-sancaq modelləri, milli suvenirlər və s. xeyriyyə məqsədilə satışa çıxarılacaq. Həmçinin “I love Baku”, “Minalı”, “Resm Jewelry” təşkilatları аuksionun fəal iştirakçılarıdır.
Auksionda satışdan əldə olunan məbləğ “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən tam şəkildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) köçürüləcək.
Qeyd edək ki, yaradıcılıq müsabiqənin məqsədi Anım gününün simvolu olan Xarı bülbül gülünün bundan sonra döş nişanı-sancağının və aksesuarlarının xüsusilə əlamətdar tarixlər olan 27 sentyabr, 8 noyabr həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə taxılmasının ənənə halını almasından və bütün dünyaya Azərbaycan xalqının birliyini nümayiş etdirməkdən ibarətdir.
İştirakçılar auksionda iştirak etmək üçün “EkoSfera” Sosial-Ekoloji Mərkəzin (və digər) facebook səhifəsinə daxil olaraq aşağıda qeyd olunan link vasitəsilə aksiyada iştirak edə bilərlər. Auksion 30-31 dekabr tarixlərində keçiriləcək və auksionda təqdim olunan aksesuarlar kataloq şəklində öncədən paylaşılacaq.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günündə keçiriləcək qaliblərin mükafatlandırılması mərasimi, onlayn auksion və rəngarəng proqram 12 saat ərzində (08:00-dan – 20:00-a dək) təşkil olunacaq.
Mövcud pandemiya şəraiti ilə əlaqədar “Zoom” onlayn platformasında təşkil olunan auksionda hər kəsi həmçinin xaricdə yaşayan azərbaycanlıları iştirak etməyə dəvət edirik:
Xarıbülbül Aksiyası - preauksion
Vaxt: 30 dekabr 2020, 20:00 – 00.00 Bakı saatı ilə
Zoom konfrans
https://us02web.zoom.us/j/88966409235?pwd=eVlOMkNpeEpxbm9mcHcwMjhwbTcrUT09
Идентификатор конференции: 889 6640 9235
Код доступа: 233497
Xarıbülbül Aksiyası - Dünya Azərbaycanlılarının Həmrəylik günü
Vaxt: 31 dekabr 2020, 08:00 – 20.00 Bakı saatı ilə
Zoom konfrans
https://us02web.zoom.us/j/85918306485?pwd=cFRqVGdERFlsbURVNjlQV2sreTZ6dz09
Идентификатор конференции: 859 1830 6485
Код доступа: 552634
çap et