525.Az

Cəbrayılda xidmət edən hərbçilərə bağlamalar çatdırılıb


 

Cəbrayılda xidmət edən hərbçilərə bağlamalar çatdırılıb <b style="color:red"></b>

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasını davam etdirir.

525.az-ın APA-ya istinadən məlumatına görə, aksiya çərçivəsində bu gün Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində hərbi xidmətinin davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar çatdırılıb.

Hərbi hissədə xidmət edənlərin əksəriyyəti Füzulidən Şuşaya qədər döyüşlərdə iştirak edən hərbçilərdir. Onların arasında könüllülər də var.

“Bravo”nun əməkdaşları bağlamaları hərbçilərə çatdırıb, həmçinin onların istəklərini qeydə alıblar.

Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.

 





22.12.2020    çap et  çap et