525.Az

Heydər Əliyev Fondundan Zəngilandakı əsgər və zabitlərə yardım


 

Heydər Əliyev Fondundan Zəngilandakı əsgər və zabitlərə yardım <b style="color:red"></b>

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində bu gün Zəngilan rayonunda xidmət aparan hərbçilərə qida məhsulları və gündəlik tələbat malları çatdırılıb.

525.az-ın APA-ya istinadən məlumatına görə, müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar əsgər və zabitlərə təqdim olunub.

Bağlamaları hərbçilərə çatdıran “Bravo” əməkdaşları onların ehtiyaclarını və istəklərini də öyrəniblər.

Hərbçilər onlara göstərilən diqqət və qayğıya, ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu aksiyaya görə minnətdarlıqlarını bildiriblər.

 





22.12.2020    çap et  çap et