525.Az

Küveyt səfiri: "Azərbaycan bölgənin çox önəmli dövlətlərindən biridir"


 

Küveyt səfiri: "Azərbaycan bölgənin çox önəmli dövlətlərindən biridir"<b style="color:red"></b>

Müsahibimiz Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumidir 

-Cənab səfir qarşıdan Küveytin Milli gün Azadlıq bayramı gəlir. Bu münasibətilə sizi təbrik edirik. Bu günün Küveyt Dövlətinin xalqının həyatında əhəmiyyəti barədə deyə bilərsiniz?

-Bu günü biz üç hadisə münasibətilə qeyd edirik. Birinci hadisə 60- illərdə Küveytin öz milli istiqlaliyyətini qazanmasıdır. 53  il əvvəl Küveyt müstəqil dövlət oldu. İkincisi, məlum olduğu kimi 90- illərdə Səddam Hüseyn rejimi Küveyti işğal etdi.  Daha sonra Küveyt xalqı dostların köməyi ilə bu işğaldan azad oldu.  Bundan əlavə, biz elə həmin bu gündə, yəni 25 fevralda  Küveytin indiki dövlət başçısı Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın hakimiyyətə gəlməsi günü kimi qeyd edirik.

Bu tarixlər bir-birlərinə çox  yaxın olduqlarına görə həmin gün həm biz Azadlıq bayramını,  yəni Küveytin Səddam Hüseyn rejimindən azad olması bayramını qeyd edirik.  Şübhəsiz,  islam dövləti olaraq başqa bayram günlərimiz var   müştərək dini bayramlarımızı da qeyd edirik.

- Bir neçə aydır Azərbaycanda səfir kimi fəaliyyətə başlamısınız. Ölkəmiz barədə ilkin təəssüratlarınız nədən ibarətdir?

-Azərbaycan bölgənin çox önəmli dövlətlərindən biridir,  onun özünəməxsus yeri var. Mən üç aydan artıq deyil ki, Azərbaycandayam.  Bir neçə gün əvvəl səneyi iqtisadiyyat naziri Şahin Mustafayevlə  çox yaxşı faydalı bir görüş oldu. Biz iqtisadi-ticari, investisiya sahəsində əlaqələrimizi müzakirə etdik bu sahələrin inkişafı məsələsinə toxunduq. Xüsusilə adamlarının qarşılıqlı səfərlər etmələri müzakirə olundu. Küveytdə hər il təşkil olunan sərgilərdə Azərbaycan şirkətlərinin, adamlarının iştirakı məsələsini qeyd etdik.  Azərbaycanda çoxlu nemətlər, iqtisadi inkişaf üçün gözəl imkanlar var. Küveyt  adamları da bundan istifadə etməlidir,  biz qarşılıqlı olaraq iqtisadi investisiyalar sahəsində əməkdaşlıq üçün münbit şərait yaratmalıyıq. Mən hər dəfə Küveytdə olanda adamları, ticarət palatasının üzvləri ilə görüşlər keçirib, onların Azərbaycana gəlməsini təşviq edirəm.

- Cənab səfir,  qeyd edildiyi kimi iki ölkənin iqtisadi münasibətlərinin səviyyəsi qaneedici deyil. Sizcə bu sahədə əməkdaşlığın inkişafı üçün kimi işlər görülməlidir?

 -Ümumiyyətlə,  ticari- iqtisadi əlaqələri  inkişaf etdirmək üçün yüksək vəzifəli şəxslərin qarşılıqlı şəkildə səfərlərinin, görüşlərinin əhəmiyyəti böyükdür. Biz nazir Şahin Mustafayevlə bir çox məsələləri müzakirə etdik qərara gəldik ki, ən yaxşısı budur, əməkdaşlıqda maraqlı olan şəxslər, adamları qarşılıqlı olaraq səfərlər etsinlər əməkdaşlıq əlaqələrinin canlandırılmasında bilavasitə iştirak etsinlər.

-Küveyt adamları üçün Azərbaycanda hansı sahələrdə işləmək, investisiya yatırmaqda  maraqlıdır?

-Çoxsaylı sahələri qeyd etmək olar ki, onlar investorlar üçün maraqlıdır. Küveytdə neft- kimya sənayesi  çox yüksək səviyyədə inkişaf edib. Heç şübhəsiz,  bu sahələr dünyadakı adamları üçün açıqdır həm vergidən azaddır. Yəni investorlar üçün vergi tətbiq olunmur.  Bu sahədə əməkdaşlığı inkişaf etdirə bilərik.  Bundan əlavə, digər sahələri vurğulamaq olar. Məsələn, qeyri-neft sektoruna  adamlarının investisiya qoymaq imkanları var.  Mümkün əməkdaşlıq sahələrindən biri budur.  Küveyt adamlarının mənə verdiyi çoxsaylı suallardan biri Azərbaycanda birja fəaliyyəti qiymətli kağızlar bazarı barədədir. Biz belə qərara gəlmişik ki, onlar özləri gəlib birbaşa Azərbaycanda bu bazarın vəziyyəti ilə tanış olsunlar.

- Küveyt Azərbaycan arasında ümumi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz prioritet istiqamətlər olaraq başqa hansıları qeyd edə bilərsiniz?

-Əməkdaşlıq edəcəyimiz, işləməli olduğumuz sahələr çoxdur. İnvestisiya sahəsində çox gözəl əməkdaşlıq imkanlarımız var.  Bundan başqa çox mühüm aktual bir sahə turizmdir. Azərbaycan öz təbiəti, gözəl mənzərələri, tarixi abidələri, fərqli regionları ilə küveytlilər üçün cəlbedici bir ölkədir. Məsələn, əgər 2011-ci ildə Azərbaycana turist kimi cəmi 30 nəfər küveytli gəlmişdirsə, 2013- ildə onların sayı 650 nəfəri keçib. Bu onu göstərir ki, belə bir imkanlar getdikcə artacaq.

-İki ölkənin əməkdaşlığının müxtəlif sahələrdə iştirakı üçün  birbaşa reyslərin olması da vacibdir. Bu məsələ ilə bağlı hər hansı danışıqlar aparılırmı?

-Təəssüf ki, indi iki öllkə arasında birbaşa hava əlaqəsi  yoxdur.  Dubay Doha reysləri ilə Küveytə səfər etmək olur. Əlbəttə ki, bununla bağlı iki ölkənin məsul şəxsləri arasında danışıqlar aparıla bilər.  İndi Küveyt hava donanması özünün dəyişmə mərhələsini yaşayır. Yəni yeni növ təyyarələr alınır. Bundan sonra biz məsələni Azərbaycanın əlaqədar qurumları qarşısında qaldırıb, birbaşa hava əlaqəsi yaratmaq imkanlarını müzakirə edə bilərik. Əvvəlcə isə bu məsələ, onun şərtləri  öyrənilməlidir. Ola bilsin ki, bizim təyyarə Türkiyəyə gedib ordan Azərbaycana gəlsin.  Küveyt- İstanbul- Bakı, yaxud  Küveyt-Tehran -Bakı xətləri üzrə işləmək mümkündür.  Əgər bizim birbaşa hava əlaqəmiz olsa, əslində Küveytin Azərbaycana çox yaxın olduğunu görəcəksiniz.

-Küveytin Dağlıq Qarabağ məsələsi üzrə rəsmi mövqeyi necədir  müsəlman dövləti olaraq Azərbaycana bu məsələdə hansı dəstəyi verə bilərsiniz?

-Bütün beynəlxalq təşkilatlar çərçivəsində istər BMT,  istər İslam Əməkdaşlıq Təşkilatı digər qurumlarda qəbul olunmuş Azərbaycanın haqq işini müdafiə edən qərarları Küveyt sözsüz dəstəkləyir. Küveyt hər zaman bütün məsələlərdə Azərbaycanın yanındadır.

-Yaxın aylarda Küveytdən Azərbaycan  rəsmi səfərlərin həyata keçirilməsi gözlənilirmi?

-Rəsmi şəxslərin səfərlərinin təşkil olunması bizim gündəlik fəaliyyətimizdədir. Biz Azərbaycanın əlaqədar şəxsləri ilə bu məsələləri müzakirə edirik. Qarşılıqlı səfərləri təşkil etmək niyyətindəyik. Xüsusilə Prezident İlham Əliyev bir neçə il əvvəl Küveytdə olub. Amma Küveytin dövlət başçısı müəyyən səbəblərə görə Azərbaycana gəlməyib. İndi biz Küveyt əmirinin əvəzinə baş nazirin səfərinin təşkili üçün danışıqlar aparırıq. İnanırıq ki, bu səfər baş tutacaq.  Əmir həm yaşlı, həm bir qədər səhhətində problem olduğu üçün baş nazir Azərbaycana gələcək.

Bundan əlavə Küveyt-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun Küveytə səfəri üzərində işləyirik.

-Yaxın Şərq ölkələrində baş vermiş iğtişaşlara, "ərəb baharı" inqilablarına Küveytin rəsmi münasibəti necədir? Küveyt "ərəb baharı" fonunda Suriyada davam edən vətəndaş müharibəsinin həllini necə görür?

-Küveyt başqa ölkələrin daxili işlərinə qarışmır. Biz inqilablara qarışmırıq. "Ərəb baharı" adlanan inqilaba qarışmırıq. Amma həmişə xalqların mənafeyini müdafiə edirik.

Suriya məsələsində xalqı müdafiə edirik ölkədə demokratiya, azad seçkilərin keçirilməsinə imkan verilməsi üçün Suriya prezidenti istefa verməlidir. Suriya xalqı istəyirsə, o da olmalıdır. Bizim mövqeyimiz belədir.

Pərvanə

 





19.02.2014    çap et  çap et