525.Az

Azərbaycan vətəndaşı İranda məscidin minarəsindən özünü atmaq istəyib


 

Azərbaycan vətəndaşı İranda məscidin minarəsindən özünü atmaq istəyib<b style="color:red"></b>

Azərbaycan vətəndaşı İran ərazisində intihara cəhd göstərib.

APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, təxminən 30 yaşlarında olan Rical Rəfi oğlu Kamalov İranın Astara şəhərinin Came məscidinin minarəsinə çıxaraq özünü atmaq istəyib.
 
Hadisə yerinə dərhal İran nizam-intizam qüvvələri (polis) və yanğınsöndürənlər gəlib. Onların səyləri nəticəsində Azərbaycan vətəndaşının intihar cəhdinin qarşısı alınıb. İntihar cəhdinin səbəbləri açıqlanmır.
 
Qeyd edək ki, R.Kamalov fevralın 17-də İrana səfər edib.

 





19.02.2014    çap et  çap et