525.Az

Xaricə valyuta çıxaran bütün kanallar nəzərdən keçirilməlidır


 

Xaricə valyuta çıxaran bütün kanallar nəzərdən keçirilməlidır<b style="color:red"></b>

Yeni tərtibatda təqdim edilən 2021-ci ilin büdcə layihəsi əvvəlcədən proqnozlaşdırıldığı kimi özündə yeni​ xərc strukturlarını ehtiva etdi. Nəticə etibarı ilə həm büdcə xərcləri, həm də büdcə gəlirləri əvvəlki illə müqayisədə artırıldı. Belə ki, gəliləri​ 25, 427 milyard manat olmaqla cari illə müqayisədə​ 5,4%, xərcləri isə 3,8% artaraq 28, 543​ milyard manata çatması proqnozlaşdırılır.

Növbəti ilin büdcəsinin əsas xüsusiyyətlərindən biri Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, infrastrukturunun yaradılması ilə bağlıdır. Eyni zamanda o torpaqlara qayıdacaq vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsinin maliyyələşdirilməsi də büdcədə öz əksini tapıb. Bütün bu işlərin icrası üçün sözü gedən layihədə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 2,2 milyard manat vəsait nəzərdə tutulub.

Xərc strukturuna baxdıqda görərik ki, cari xərclərə ümumi xərclərin 63,1 faizi, əsaslı xərclərə 29,2 %, dövlət borcuna xidmətlə bağlı xərclərə​ 7,7% vəsait yönəldiləcəkdir. Sosialyönlü xərclər isə 11,11 milyard manatın ayrılması proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 5,3 % çoxdur.

Büdcəsi kəsir hissəsinə gəldikdə isə onun ​ yuxarı sərhədin 3,11 milyard​ manat olması nəzərdə tutulur.​ Bu göstərici də cari illə müqayisədə​ 0.6% ​ azalmışdır.

Kəsr hissənin qarşılanmasına gəldikdə isə bunun üçün müxtəlif alternativ yollar vardır. Məsələn indiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün​ geniş imkanları vardır. Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 17% ətrafındadır ki, bu da dünyada ən yaxşı 10 ölkə göstəricisindən biri deməkdir. Bundan əlavə özəlləşdirmə proqramları həyata keçirmək, eyni zamanda müxtəlif istiqarazların buraxılması məsələsinə baxmaq olar.​

Amma unutmayaq ki. xərclərin qarşılanma vasitələrini tapmaqla işi bitmiş hesab etmək olmaz. Gəlir hissəsi pandemiya səbəbindən zəngin olmadığı üçün mütləq şəkildə xərc hissəsinin icrası ilə bağlı yeni yanaşmalar tətbiq edilməlidir. Belə ki, büdcə təşkilatlarının xərclədiyi hər manatın hesabatı ənənəvi qaydada deyil, daha şəffaf mexanizmlər əsasında verməlidir. Başqa sözlə, dövlət xərclənən hər manatın böyük anlamda hesabını sormalıdır. Eyni zamanda xaricə valyuta çıxaran bütün kanallar tək-tək nəzərdən keçirilməlidır. Belə kanalların bəziləri tam qapadılmalı, açıq qalmasına zərurət olan kanallar isə mümkün qədər daraldılmalıdır

Eldəniz ƏMİROV

SOCAR əməkdaşı, iqtisadçı ekspert

 

 





23.12.2020    çap et  çap et