525.Az

“Büdcədə qeyri-neft sektorunun payı 46%-ə qədər artıb”


 

“Büdcədə qeyri-neft sektorunun payı 46%-ə qədər artıb”<b style="color:red"></b>

“10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26% olub”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, indi bu rəqəm 46%-ə qədər artıb:
 
“Vergi gəlirləri sahəsində də bu artım baş verib. Bütün bunlar Azərbaycan iqtisadiyyatında baş verən islahatların nəticəsidir. 2021-ci ilin büdcəsi 3 pilot sahəsi üzrə büdcənin təqdim olunması üzrə maraq olacaq və yenilikdir. 2020-ci ilin büdcə dürüstləşdiirlməsinin müzakirəsi zamanı büdcə qaydasının dayandırılması barədə qərar qəbul etmişdik. Bildiyimiz kimi, işğal altında olan ərazilərimiz azad olunub. 2021-ci ildən başlayaraq bu ərazilərin yenidən qurulması və bərpasına başlanılacaq”.

 





23.12.2020    çap et  çap et