525.Az

"Hərbi vəziyyətlə bağlı büdcə layihəsi fərqli tarixdə müzakirə edilir"


 

"Hərbi vəziyyətlə bağlı büdcə layihəsi fərqli tarixdə müzakirə edilir"<b style="color:red"></b>

“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat məbləğ ayrılması nəzərdə tutulub”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, eyni zamanda Silahlı Qüvvələrə, müdafiə qüvvələrinin daha da yaxşılaşdırılmasına kifayət qədər çox vəsait ayrılması nəzərdə tutulur:
 
“Ümumilikdə, müdafiə xərclərinin cəmi 4,6 milyard manata bərabərdir. Hərbi vəziyyətlə bağlı büdcə layihəsi parlamentdə fərqli tarixdə müzakirə edilir. Deputatlara təşəkkür edirəm ki, onlar sıx qrafik əsasında təqdim edilmiş layihənin müzakirəsinə şərait yaradıblar”.

“İlin sonuna iqtisadiyyatımızın 4%-dək kiçilməsi gözlənilir”.

Nazir bildirib ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib:
 
“2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb”.

“Növbəti ildə də dövlət tərəfindən iqtisadiyyata imkan daxilində əlavə vəsait təmin ediləcək. Bunun əsas hədəfi iqtisadi aktivliyin canlandırılmasıdır”.

Nazir bildirib ki, bu məqsədlə Dövlət Neft Fondundan da dövlət büdcəsinə transfert bu ildə olduğu kimi saxlanılır:
 
“Əsasən fiskal gəlirlərimiz faktiki olaraq cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsindən sonrakı səviyyələrdə qalıb. Bunun üçün iqtisadi fəaliyyətdə aktivliyin təmin edilməsi məqsədilə Mərkəzi Bankın sərbəst mənfəətindən bir hissə dövlət büdcəsinə transfert olunacaq. Eyni zamanda dövlət borcundan da bir hissə bu yöndə transfert olunacaq. Dövlət borclanma səviyyəsinin artırılması barədə qərar qəbul edilib. Bu, daha çox daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi hesabına, digər tərəfdən, beynəlxalq maliyyə qurumlarından əlavə kreditlərin cəlb edilməsi nəzərdə tutulur”.

 





23.12.2020    çap et  çap et