“Bu gün qeyri-müəyyənliklər mövcuddur. Ona görə ortamüddətli proqnozlara bir qədər ehtiyatla yanaşmalıyıq”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, borc yolunu seçmək başa düşüləndir:
“Bizim qarşımızda çox seçim yox idi. Böhrandan çıxışın bir neçə yolu var. Bunlardan biri hansısa əlavə gəlirləri artırmaqdır ki, bu hazırda sui-qəsd kimi addım ola bilər. Buna görə də biz əlavə borclanmaya gedərək iqtisadi aktivliyə əlavə təkan verməyə çalışırıq. Biz çalışacağıq ki, əlavə borclanma daha çox daxili borclanma, istiqrazlar hesabına baş versin. Bununla yanaşı, bizim izahda müəyyən risklər göstərilib. Borclanmanın riskləri ilə bağlı məsələlərə Maliyyə Nazirliyi mühafizəkar yanaşıb. Bizim sonsuz borclanmaya getmək niyyətimiz yoxdur. Bu vəziyyətdən çıxmaq üçün biz əlavə borclanmaya getməli idik. Güman edirik ki, 2024-cü ilin sonunda ÜDM-nin artımı hesabına 24%-dək ümumi dövlət borcunu keçməməliyik. Bu günədək bizim borcumuz kifayətə qədər aşağı idi. Cari ildə xarici borcumuz 106 milyon dollar azalıb, amma ÜDM-nin kiçilməsi hesabına nisbət artıb”.
"Biz neftdən asılılığımızı azaltmalıyıq".
Nazir bildirib ki, neft qiymətləri azalarsa, dövlət büdcəsinə bunun təsirləri neytrallaşdırılır:
“İcmal büdcənin gəlirlərində bu göstərilib. Dövlət büdcəsinə 1 illik göstərilən büdcəyə bunun təsiri çox az olacaq”.
Nazir qeyd edib ki, cari ildə büdcə kəsiri bizdə növbəti ildən də yuxarıdır:
"Bu, ÜDM-in proqnozunun dəqiqləşməməsi ilə bağlıdır. Eyni zamanda bizdə müəyyən xəzinə qalığı da yaranacaq. Cari ilin büdcə kəsirinin maliyyə mənbələri fərqlidir. Gələn ilin dövlət büdcəsi kəsirinin maliyyələşməsi daha çox borclanma hesabına ediləcək. Bununla bağlı dövlət qurumları, bank sektoru müvafiq məsləhətləşmələr aparır".
çap et