525.Az

“Yurda Qayıdış Qarabağ adətləri - ənənələri” layihəsinə start verildi


 

“Yurda Qayıdış Qarabağ adətləri - ənənələri” layihəsinə start verildi<b style="color:red"></b>

Qarabağın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə “Yurda Qayıdış Qarabağ adətləri - ənənələri” layihəsinə start verilib.

Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsi öz tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti, eləcə də xalq adət və ənənələri ilə fərqlənir.

Bütün bunlar isə bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin istedadlı insanlarının, əsrarəngiz təbiətinin, iqliminin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağlıların zəngin yaradıcılıq xəzinəsində ən mühüm yerlərdən birini orada yaşayan insanların həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan adət və ənənələri tutur.

Bu məqsədlə Mədəniyyət Nazirliyi Qarabağda yaşayan insanların milli köklərə söykənən dəyərli həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarda mövcud olan adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı email ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya nazirliyin rəsmi sosial media hesablarına təqdim etməyi xahiş edir: [email protected]; [email protected]

 





23.12.2020    çap et  çap et