525.Az

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri


 

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri<b style="color:red"></b>

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasına qoydu. Bu mərhələ aşağıdakı xüsusiyyətlər ilə əvvəlki dövrlərdən fərqlənir:

a) vətəndaş cəmiyyəti institutları - dövlət münasibətlərinin uğulru modeli yaranıb. Bu model vətəndaş cəmiyyəti institutları dövlətə bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir;

b) cəmiyyətdə vətəndaş cəmiyyəti institutlarına olan münasibət bir qədər dəyişildi. Vətəndaş cəmiyyəti institutları ilə bağlı daha çox sovetlər sistemindən qalma ənənələri dağıtmağa imkan verdi. Hazırda QHT-lər cəmiyyətlə dövlət orqanları arısında etimadlı münasibətlərin yaradılmasında körpü rolunu oynayan əsas instituta, təsisatlara çevrilməkdədirlər.

c) QHT hərəkatı daha da genişlənib. Bu ya digər səbəblərdən indiyə qədər xarici donorların dəstəyindən məhrum olan QHT-lər yeni imkanlar əldə ediblər. Üçüncü sektorun "kölgədə" qalmış tərəfi inkişaf üçün stimul əldə edib. Həmçinin, regionlarda QHT-lərin yaranması fəaliyyət göstərməsi istiqamətində irəliləyiş müşahidə olunmaqdadır.

d) QHT-lərin fəaliyyətində, ümumilikdə III sektor daxilində şəffaflığın, üzvləri, cəmiyyət dövlət qarşısında hesabatlılığın artması istiqamətində müsbət meyllər müşahidə olunur.

e) Cəmiyyətin özündə vətəndaş cəmiyyəti institutlarına inam artıb. Vətəndaş cəmiyyəti ideyaları, bu institutların fəaliyyəti, istədikləri, hədəfləri cəmiyyət tərəfindən daha yaxşı aydın şəkildə qavranılmağa başlayıb.

VƏTƏNDAŞ CƏMİYYƏTİ İNSTİTUTLARININ İNKİŞAF PERSPEKTİVLƏRİ 

Son 20 ildən artıq müddət ərzində vətəndaş cəmiyyəti institutlarının keçdiyi yol əldə edilmiş uğurları qısa olaraq təsvir etdik. Şübhəsiz ki, əldə edilə uğurlar hər bir üşüncü sektor təmsilçisini sevindirir, eyni zamanda əldən verilən, istifadə edilməyən imkanlar barəsində QHT nümayəndələri tərəfindən düşünülür bunlarla bağlı diskussiyalar aparılır. Bu da təbiidir, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək, mövcud imkanlardan daha səmərəli istifadə edilməsi üçün bu gün vətəndaş cəmiyyəti institutlarının üzləşdiyi problemlərin, onların həlli yollarının müzakirəsi olduqca vacibdir. Təbii ki üçüncü sektor nümayəndələri bu zaman rasional düşünməli, mövcud situasiyaya obyektiv baxmalı ən vacibi yalnız vətəndaş cəmiyyəti institutlarının inkişafının sürətləndirilməsini hədəf götürməklə çıxış yolları üzərində fikirləşməlidirlər.

DÖVLƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ 

Yuxarıda qeyd etdiyimiz kimi vətəndaş cəmiyyəti institutları - dövlət  münasibətlərinin uğurlu modeli yaranıb. Bu model vətəndaş cəmiyyəti institutlarına dövlətə bərabərhüquqlu tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlığa imkan verir.  Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq prosesində institusional səviyyəyə keçid baş verməkdədir. Artıq Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi yanında İctimai Şuralar müxtəlif istiqamətlər üzrə QHT nümayəndələrindən ibarət İşçi qruplar yaradılıb, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə fəaliyyət göstərir. Şübhəsiz ki, bu dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq istiqamətində yeni daha pozitiv tendensiyadır. Bununla belə vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın dərinləşməsi prosesi davam etdirilməlidir. Bu proses "yuxarıdan" "aşağılara" doğru dərinləşməlidir. Dövlət orqanları sisteminin aşağı həlqələrində üçüncü sektor təmsilçiləri hələ QHT-lərlə əməkdaşlığa maraq meyl görmürlər. Həmçinin, bir sıra mərkəzi icra hakimiyyəti orqanları QHT-lərlə əməkdaşlığa özlərinin PR fəaliyyətinin bir komponenti kimi baxırlar. Yerli icra hakimiyyəti orqanları səviyyəsində isə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələlərində problemlər müşahidə edilir. Dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarının tərəfdaş elan olunmasına baxmayaraq, bir sıra mərkəzi yerli icra hakimiyyəti orqanları hələ sovet sisteminə xas bürokratik buxovlardan azad ola bilmirlər. Bu isə üçüncü sektor üçün əlavə problemlər yaradır, onlara fəaliyyət sferalarını, fəaliyyət coğrafiyasını genişləndirməyə imkan vermir. Eyni zamanda regionlarda QHT hərəkatının genişlənməsinə süni əngəllər yaradır.

Vətəndaş cəmiyyətinin böyüməsi daha da inkişaf etməsi üçün bu sahədə mövcud problemlər həll edilməlidir. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın institusional səviyyəyə keçməsi təcrübəsi daha geniş yayılmalıdır. Bunun üçün əlverişli siyasi mühit əsasən qanunvericilik bazası mövcuddur. QHT-lər bu istiqamətdə təşəbbüskar olmalı mövcud imkanlardan maksimum yararlanmalıdırlar. Dövlət orqanları tərəfindən isə xüsusilə regionlarda dövlət qulluqçuları üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq mövzusunda təlimlər, məlumatlandırma maarifləndirmə kampaniyaları daha da genişləndirilməlidir. 

ÖZƏL SEKTOR VƏTƏNDAŞ CƏMİYYƏTİ  

Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda özəl sektorla vətəndaş cəmiyyəti institutları arasında inkişaf etmiş, müasir dövrün tələb çağırışlarına cavab verən tərəfdaşlıq münasibətlərindən danışmaq bir o qədər mümkün deyil. Vətəndaş cəmiyyəti institutlarının bütün səylərinə baxmayaraq özəl sektor üçüncü sektorla əməkdaşlıq etməyə bir o qədər maraq göstərmir. Müasir dünyada vətəndaş cəmiyyəti institutlarının maliyyələşdirilməsində özəl sektor böyük rol oynayır. Qonşu Türkiyədə dərnək vəqflər əsasən özəl sektor tərəfindən dəstəklənirlər, son illər Rusiya Federasiyasında bu praktika çox böyük sürətlə genişlənməkdədir, həmçinin Avropa ölkələrində biznes üçüncü sektorun əsas donorlarından biri kimi çıxış edir. ABŞ-da özəl sektor adamlarından daxil olan ianələr qeyri-kommersiya təşkilatlarının aldıqları maliyyənin 20 fazini, İtaliya Almaniyada 4 faizini təşkil edir. XIX əsrin sonlarında XX əsrin əvvəllərində Azərbaycanda bu praktika geniş yayılmış dövlətin diqqətindən kənarda qalan sosial problemlərin həlli adamlarının dəstəyi ilə ictimai birliklər, dərnəklər tərəfindən həyata keçirilirdi. Çox təəssüf ki, biz bu gün bu ənənənin davamını görmürük özəl sektor vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsində passiv mövqe tutur. Bu isə öz növbəsində vətəndaş cəmiyyəti institutlarını əlavə imkanlardan məhrum edir, onlara öz potensialını da geniş miqyasda nümayiş etdirməyə imkan vermir.  Özəl sektor nümayəndələri ən yaxşı halda özlərinin PR-ı üçün birdəfəlik aksiyaları, ayrı-ayrı təşəbbüsləri dəstəkləyirlər. 

Milli özəl sektorla yanaşı Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər ardıcıl olaraq, sistemli şəkildə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa tərəfdaşlığıa maraq göstərmirlər. Onlar bir qayda olaraq özləri tərəfindən seçilən ayrı-ayrı QHT-lərə qrantlar ayrırlar. Lakin onların dəstəyi yalnız konkret istiqamət konkret QHT-lərə yardım göstərilməsi ilə məhdudlaşır. Transmilli şirkətlərin cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində, vətəndaş cəmiyyətinin özünün inkişafına yönəlmiş sərmayə proqramları yoxdur.

Müasir dünyada biznesin sosial məsuliyyətlə bağlı məsələlərə diqqətlə yanaşmasının nümayiş etdirilməsi rəqabət imkanlarını artırmağa kömək edən əsas vasitələrdən biri hesab olunmasına baxmayaraq milli özəl sektor ölkədə fəaliyyət göstərən transmilli şirkətlər bu tendensiyaya laqeyd yanaşırlar.

Düşünüruk ki, artıq bu problemin həlli üçün dövlət tərəfindən müəyyən stimullaşdırıcı addımlar atılmasının vaxtı çatıb. Bu təşəbbüslərdən biri kimi vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi, sosial problemlərin həlli, müxtəlif xeyriyyəçilik fəaliyyətinə vəsaitlər yönəldən şirkətlər, adamlarına vergi güzəştləri tətbiq edilməsi ola bilər. Bununla yanaşı digər həvəsləndirici təşviq xarakterlı tədbirlər həyata keçirilə bilər. Eyni zamanda vətəndaş cəmiyyəti institutları da öz növbəsində fəal olmalı daha böyük enerji ilə özəl sektorla tərəfdaşlıq əlaqələrinin qurulmasına çalışmalıdır.

(Ardı var)

AQİL

 





20.02.2014    çap et  çap et