525.Az

Nəriman Əbdürrəhmanlı beynəlxalq ədəbi yarışmanın qalibi oldu


 

TANINMIŞ YAZIÇIMIZ VI BEYNƏLXALQ MAHMUD KAŞĞARLI HEKAYƏ MÜSABİQƏSİNDƏ BİRİNCİLİK QAZANIB

Nəriman Əbdürrəhmanlı beynəlxalq ədəbi yarışmanın qalibi oldu<b style="color:red"></b>

Türk dünyasının tək ortaq ədəbi yarışması VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin yekun nəticələri bəlli olub.

525.az xəbər verir ki, münsiflər heyətinin seçiminə görə birinci yerə azərbaycanlı yazıçı Nəriman Əbdürrəhmanlı "Xaraba altında xatirələr" hekayəsiylə layiq görülüb.

İkinci yerə "Dünyanın küncündə" hekayəsiylə Türkiyədən Arzu Torpaq, üçüncü yerə "Eşqin bilinməz halı" hekayəsiylə Türkməneli-kərküklü yazıçı Kamal Bayatlı sahib olublar. Həvəsləndirici yer "Qar qızı ilə Kölgə adam" hekayəsiylə Qazaxıstandan Əbubəkr Kairana verilib.

Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un birgə təşkil etdiyi müsabiqəyə bu il Azərbaycan, Türkiyə, Başqırdıstan, Özbəkistan, Uyğur, Şimali Makedoniya, Qırğızıstan, Güney Azərbaycan-İran, Qazaxıstan və başqa 23 türk bölgəsindən 933 əsər təqdim edilib. Bu il müsabiqənin münsiflər heyətində Türkiyədən Osman Çeviksoy, Şimali Kiprdən İsmayıl Borkurt, Azərbaycandan Rəşad Məcid, İraq Türkmənelindən Mehmet Ömər Qazancı və Kosovodan Taner Güclütürk təmsil olunublar.

ŞAHANƏ

 





23.12.2020    çap et  çap et