525.Az

Nazir: "Milli ixrac strategiyası hazırlanıb"


 

Nazir: "Milli ixrac strategiyası hazırlanıb"<b style="color:red"></b>

“Cari ildə pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisinn  bu gün keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, neft hasilatının azalması neft-qaz sektoruna təsir edib:
 
“Hökumət tərəfindən pandemiyanın insanlara təsirinin azaldılması üçün görülən tədbirlər, pandemiyadan zərərçəkmiş sahələrdə olan sahibkarlara verilən dəstək nəticəsində iqtisadi tənəzzülü yumşaltmağa nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxil olan vəsait ümumi daxiolmanın 75 %-ni təşkil edir. İqtisadiyyatda dövlətin, dövlət şirkətlərinin iştirakının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə İnvestisiya Holdinqi yaradılıb. Holdinqin idarəedilməsinə ilkin olaraq 4 dövlət müəsisəsi verilib. 811 sahibkara 112 milyon manat güzətşli kredit verilib və kreditlər hesabına yeni iş yerlərinin açılmasına şərait yaradılıb.Yeni layihə olan  milli ixrac strategiyası hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq”.

Xatırladaq ki, Strategiya beşillikdir və 2021-2025-ci illəri əhatə edəcək. Burada əsas məsələ 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır.

“Qarabağa böyük qayıdış, işğaldan azad edilmiş torpaqların bərpa edilərək Azərbaycan iqtisadiyyatına transferinin gerçəkləşdirilməsi gələcəkdə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək”.

Nazir bildirib ki, bizim hazırda əsas dövlət siyasətimiz bu ərazilərin bərpa edilməsi, vətəndaşların öz torpaqlarına qayıtmasıdır:

“Pandemiyadan sonra dünya iqtisadiyyatının canlandırılması fonunda ölkə iqtisadiyyatının da qeyri-neft sektorunun inkişafı planlaşdırılır”.

“2021-ci ildə orta aylıq əməkhaqqı 727 manat proqnozlaşdırılır”.

Nazir bildirib ki, yaşayış minimumunun 196 manat olması proqnozlaşdırılır və bununla bağlı qanun layihəsi hökumətə təqdim edilib:
 
“Şübhəsiz ki, işğaldan azad edilmiş torpaqlar həm də strateji iqtisadi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Qarabağın bərpasına 2,2 milyard manat ayrılır. Bu ərazilərin inkişafı gələcəkdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafına şərait yaradacaq. Beynəxalq nəqliyyat kommunikasiya layihələri məhz bu ərazilərdən həyata keçiriləcək. Bütün bunların yaxın vaxtlarda gerçəkləşməsi dövlət büdcəsinin əlavə gəlir mənbələrinin təmin olunmasına təkan verəcək”.

 





24.12.2020    çap et  çap et