525.Az

Eynəkli insanların maska problemi - Buxarlanmaması üçün nə etməli?


 

Eynəkli insanların maska problemi -  <b style="color:red">Buxarlanmaması üçün nə etməli?</b>

Artıq bir ildir ki, koronavirus pandemiyası səbəbilə tibbi maska taxmaq məcburiyyəti həyatmızın yeni vərdişinə çevrilib. Bir reallıq da var ki, maskadan istifadə, eynək taxan insanlar üçün müəyyən çətinliklər yaradır. Açıq məkanlarda insanların eyni vaxtda həm maska, həm də eynəkdən istifadəsi onların həyatı üçün təhlükə yarada bilər. Çünki maska taxarkən eynək şüşələrinin buxar tutması görməni çətinləşdirir. Əgər bu vəziyyətdə yolu keçməyə çalışsanız, hər hansı bir təhlükənin fərqinə varmaya bilərsiniz.

Bəs, maska taxarkən eynək şüşələrinin buxar tutmasının qarşısını necə almaq olar?

525.az bu problemin həlli ilə bağlı kiçik bir araşdırma edib. Belə ki, bir neçə sadə üsulla gün ərzində belə bir diskomfort vəziyyətdən xilas olmaq mümkündür:

-Birinci növbədə, maskanın üst hissəsindəki incə metal hissəsini burun şəklinə uyğun əyməyiniz məsləhət görülür. Bu halda nəfəs alıb-verərkən burnunuzdan çıxan hava axını eynəyin şüşəsinə təmas etməyəcək.

-Digər bir qayda isə eynəyi maskanın üstündən taxmaqdır. Bu zaman eynəyin burunluq hissəsi maskanı saxlayacaq və havanın yuxarıdan çıxmasına mane olacaq.

-Başqa bir üsul isə eynəyin şüşələrinə diş məcunu, yaxud qatı sabun sürtərək təmizləyib yaxşıca silməkdir.

-Bu problemi aradan qaldırmaq üçün yara bandından da istifadə etmək olar. Belə ki, maskanın burunla birləşən üst hissəsinə band yapışdıraraq onu buruna sabitləmək mümkündür. Bu da nəfəsin yuxarıya doğru axın edib şüşələri buxar tutmasının qarşısını alacaq.

Qeyd edək ki, cərrahlar  5, hətta 10 saat belə davam edən əməliyyat zamanı tibbi maskadan istifadə edirlər. Onların da eynək şüşələrinin buxar tutmasına qarşı bu üsuldan istifadə etdikləri deyilir.

Natəvan Abdullayeva

 





24.12.2020    çap et  çap et