525.Az

Tehranda Xəzərlə bağlı seminar keçiriləcək


 

Tehranda Xəzərlə bağlı seminar keçiriləcək<b style="color:red"></b> Fevralın 22-də İran Siyasi Məsləhət şurasının strateji araşdırma Mərkəzində «Xəzərdə İranın milli maraqları mövzusunda seminar keçiriləcək.
 
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, tədbirdə ölkənin Xəzər bölgəsindəki maraqları, o cümlədə iqtisadi maraqları təmin olunması yolları müzakirə olunacaq.

Seminarda İranın tanınmış siyasiləri, hakimiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Strateji Araşdırma Mərkəzinin başçısı, İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Ələkbər Vilayəti tədbirdə məruzə ilə çıxış edəcək.
 





20.02.2014    çap et  çap et